Moskva dördtərəfli görüşə hazırlaşır

post-img

Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələrin keçirilməsinə hazırlıq görülür. Görüş bu il aprelin əvvəlində baş tuta bilər. Məlumatı TASS yayıb. 

RF XİN başçısının müavini Mixail Boqdanov da görüş üçün hazırlıq işlərinin aparıldığını təsdiqlə­yib: “Düşünürəm ki, aprelin əvvəlində Moskvada görüş olacaq. Bu, nazirlərin görüşünün hazırlanma­sı üçün məsləhətləşmə xarakteri daşıyır”.

Xatırladaq ki, Rusiya, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşünə çoxdan hazırlıq görülür. Məqsəd Ankara və Dəməşq arasında fikir ayrılıq­larını aradan qaldırmaqdır. Görüş fevralın əvvəlin­də keçirilə bilərdi. Lakin sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İran da dördtərəfli danışıqlara qoşula bilər.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər