Martın 12-də hava necə olacaq?

post-img

Martın 12-də

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözləni­lir. Gecə və səhər bəzi yerlərdə duman ola­caq. Mülayim cənub küləyi əsəcək. Gecə 5-8°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsə­cək. Gecə 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 15-20° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güc­lənəcək. Gecə 1-6°, gündüz 9-14° isti ola­caq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan rayon­larında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 1-6°, gündüz 9-14° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-9°, gündüz 18-23° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 5-10°, gündüz 17-22, dağlarda gecə 0-5°, gündüz 13-18° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağ­daş, Kürdəmir, İmişli, Ağcabədi, Bey­ləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir­van, Hacıqabul, Salyan, Neftçala rayon­larında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir guclənəcək. Gecə 5-10°, gündüz 20-25° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara rayonlarında əsasən yağmur­suz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 18-23°, dağlarda gecə 7-10°, gündüz 14-18° isti olacaq. 

 

Ekologiya