Pentaqon əlavə büdcə tələb edir

post-img

Pentaqon 2024-cü ildə yeni silahlar almaq niyyətindədir. Müdafiə Nazirliyi bunun üçün ümumi məbləği 300 milyard dollardan artıq olan büdcə tələb edir. Məlumatı ABŞ Müdafiə Nazirliyinə istinadən “İnterfaks.ru” verib.

Məlumata görə, ümumi məbləğin silah ehtiyatlarının artırılması üçün tələb olunan 170 milyardlıq hissəsi Ukray­naya verilmiş silahları əvəz etməyə, habelə Çinlə müm­kün münaqişəyə görə raket ehtiyatlarının genişləndirilmə­sinə, eləcə də yeni gəmilərin tikintisinə (32,8 milyard), dəniz donanması və dəniz piyadala­rı korpusunun (76,8 milyard), hava hücumundan müdafiə qüvvələrinin (61 milyard), quru qoşunlarının (24,4 milyard) silahlanmasına yönəldiləcək. ABŞ ordusu, eyni zamanda, 28 ədəd HİMARS, 5 mindən çox HİMARS raketi, 541 ədəd “Javelin” kompleksi də almaq niyyətindədir.

Pentaqon həm də elmi-araşdırma və konstruktor-təc­rübə işləri üçün 145 milyard dollar tələb edir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər