Fransa: pensiya islahatına qarşı aksiyalar davam edir

post-img

Dünən Fransada hökumətin irəli sürdüyü pensiya islahatları layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu barədə Fransa telekanallarına istinadən “İnterfaks.ru” xəbər verib.

Məlumata görə, nümayiş­çilər Nitse, Tuluza, Tulona, loryana küçələrində və şəhərin digər yerlərində toplaşıblar. Bu, artıq son aylar ərzində pensiya islahatları ilə bağlı sayca yed­dinci ümummilli etiraz aksiyası olub.

Bir sıra digər dəyişikliklərlə yanaşı, pensiyaya çıxma ya­şının 64-ə qaldırılmasını təklif edən islahat layihəsi hazırda Fransa Senatında baxılmaq­dadır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər