Dünyaya səs salan şahzadə toyu

post-img

Bu günlərdə İordaniyanın paytaxtı Ammanda bütün dünyaya səs salan təmtəraqlı toy mərasimi keçirilib. Belə ki, İordaniya Kralı II Abdullah ibn Al Hüseynin oğlu vəliəhd şahzadə Hüseyn evlənib.

İordaniya taxt-tacının varisinin seçimi əslən Səudiyyə Ərəbis­tanından olan 28 yaşlı Rayva ibn Səid adlı qızdır. İxtisasca me­mardır. Nyu-York və Los-Ancelesdə təhsil alıb. Rayvanın atası ABŞ-da böyük bir tikinti şirkətinin sahibidir. Toy Ammanda Zəhran sarayında keçirilən mərasimdə baş tutub. Paytaxt sakinləri bütün günü şənləniblər, mahnı oxuyaraq rəqs ediblər. 

Məclisdə dünyanın müxtəlif ölkələrindən olan kral ailələrinin üzvləri, o cümlədən Britaniya kral ailəsinin nümayəndələri: Şah­zadə Uilyam, Keyt Middlton və şahzadə Beatris iştirak ediblər.

“Xalq qəzeti”

Dünya