Hindistan da “iPhone” istehsal edəcək

post-img

“Apple” şirkətinin ən böyük təda­rükçüsü “Foxconn” gələn ilin aprel ayına qədər Hindistanın cənubundakı Karnataka əyalətində “iPhone” isteh­salına başlayacaq. Bu barədə Hindis­tanın əyalət hökuməti məlumat verib.

Karnataka hökuməti layihənin 1,59 mil­yard dollar dəyərində qiymətləndirildiyini bil­dirib. “Foxconn” Karnatakadakı zavodda ildə 20 milyon “iPhone” istehsal etməyi qarşısına məqsəd qoyub.

“Foxconn”un “Apple”-in telefonlarını Hin­distanda istehsal etmək qərarı son vaxtlar Va­şinqton ilə Pekin arasında ticarət gərginliyinin artması ilə əlaqədardır.

Qeyd edək ki, Apple telefonlarının çoxu hazırda Çində istehsal edilir. Hindistanda isə bu telefonların hissələri “Apple”-in törəmə qu­rumları tərəfindən yığılır. 

F.SALMANOVA, “Xalq qəzeti”

Dünya