Paşinyan: Ukrayna hadisələri fonunda Ermənistanın manevr imkanları daralır

post-img

Ukrayna hadisələri kontekstində Ermənistanın manevr imkanları getdikcə daralır.

"Xalq qəzeti" erməni mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan İrəvanda illik “Erməni Demokratiya Forumu”nda çıxışı zamanı “Ermənistanda demokratiyaya xarici təhdidlər” barədə sualı cavablandırarkən deyib.

Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri başlayanda Ermənistan beynəlxalq platformalarda müxtəlif səsvermələr zamanı da daxil olmaqla, “müəyyən dərəcədə balanslı mövqe” tutmağa çalışıb. Və bu mövqe "bütün tərəfdaşlar tərəfindən məmnunluqla qarşılandı".

“Ancaq aydındır ki, zaman keçdikcə Ermənistan və hər kəs üçün manevr imkanları daralır. Bu, həssaslığını nəzərə alsaq, hər kəs üçün, xüsusən də Ermənistan üçün çox ciddi çağırış və problemdir”, - deyə baş nazir əlavə edib.

"Xalq qəzeti"

Dünya