İtaliyada qayığın batması nəticəsində ölən miqrantların sayı 64-ə çatıb

post-img

İtaliyanın Kalabriya regionunda miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların sayı 64-ə çatıb.

AZƏRTAC xəbər verir ki, hazırda axtarış-xilasetmə əməliyyatları İtaliyanın patrul gəmiləri ilə bütün sahil zonası boyunca davam etdirilir.

İndiyədək 80-dən çox miqrant xilas edilib. Əksəriyyəti uşaq və qadın olmaqla, ümumilikdə 64 nəfərin cəsədi sudan çıxarılıb. Qayıqda azı 150 miqrantın olduğu bildirilib.

Xatırladaq ki, İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan qayıq fevralın 26-da əlverişsiz hava şəraiti səbəbindən İtaliya sahillərində qayalara çırpılaraq batıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Dünya