Bu gün onların günüdür. Həyatımızı rəngləndirən gül- şəkər balaların-VİDEO

post-img

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Bu məqsəqlə 1 iyun işğaldan azad olunmuş ərazilərimizdə paytaxt Bakıda eləcədə bölgələrdə balaca fidanların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müxtəlif  bayram tədbirləri keçirilib.

Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı, Suraxanı rayonunda “Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq” adlı Uşaq Festivalı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “STEAM” və “Peşə təmayüllü siniflər” layihəsi tədris edilən məktəblərin iştirakı ilə yaradıcılıq festivalı və  İçərişəhərdə, “Uşaqlar üçün İrs” – 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mədəniyyət və yaradıcılıq festivalı keçirilib.

Eyni zamanda, bu gün Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqların  maraq dairələrinə uyğun əyləncə növləri secilib.
Festivalda Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, Daun sindromlu uşaqlar da iştirak ediblər. Uşaqlar üçün xüsusi ayrılan zonada Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edəcəklər.

Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə müxtəlif idman növlərinə aid zonaların yaradılıb, həmçinin balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini müxtəlif şəkil və cizgi filmlərinin qəhrəmanları ilə bəzəməsinə və  “Street art” - küçə incəsənətinin nümayışı üçün şərait yaradılıb.

Daha bir maraqlı anlar isə uşaqları arxeoloji meydança və gənclərin maraq göstərdikləri “Playstation zonası” olub.

Festivalda iştirak edən şəhər sakinləri balaca fidanlar Xalq qəzetinin obyektivinə öz təsüratlarını bölüşdülər. 

Valideyn Xanlarova Gülnaz bildirdi ki, iki övladıyla birlikdə festivalda iştirak edir:
“Bütün azyaşlıları düşünüb festivalı təşkil edən hərkəsə minnatdaram. Festival uşaqlarla  bərabər özümüz üçündə əyləncəli oldu”. 

Valideyn Şirinova  Vəfa isə qeyd etdi ki, bu günü xüsusi qeyd edirlər:
“Bütün uşaqları təbrik edirəm. Onlara xoş, firavan  gələcək arzulayıram. Festival çox gözəl təşkil olunub, heyvanlar üçün ayrılmış və arxeloji qazıntı zonasından istifadə etdik. Uşaqlar üçün maraqlı oldu”.

Sakin Mehbalıyeva Aygün  bildirdi ki, uşaqlar gününə özəl hazırlaşıblar: “Ötən ildə övladımla birgə festivalda iştirak etmişəm. Bu il daha maraqlı təşkil olunub. Uşaqlar üçün  maraqlı guşələr var. Ayrılmış zonalardan istifadə etdik. Sonda bütün uşaqları təbrik edirəm “.

3 yaşlı uşaq Aynurə Məhərrəmova isə burada çox əyləndiyini bildirir: “Ən çox sevdiyim isə  üzümüzə müxtəlif rəsmlərin çəkilməsi oldu . Bütün həmyaşıdlarımı təbrik edirəm”.

Uşaq İskəndərova Səbinə bildirdi ki, bu günü səbsizliklə gözləyib: “Bütün uşaqlar kimi məndə bu festivalda əyləndim. Xoşuma gələn isə heyvanlarla oynamaq oldu”. 
Uşaq Nadir Səfərov

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadıb.

A.AZADOVA

XQ
















Xalq TV