Mayın 11-dən birinci siniflərə qəbul üçün qeydiyyat prosesinə başlanılıb.
"Xalq qəzeti" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, Azərbaycan bölməsi üzrə 98 561 sorğu daxil olub. Onlar arasından 81 503 uşaq məktəbəhazırlıqdan birinci sinfə yerləşdirilib. Rus bölməsi üzrə 11 min 433 nəfər müsahibəyə yazılıb. Onlar arasından 4590 uşaq məktəbəhazırlıqdan birinci sinfə yerləşdirilib.