“Miqrasiya Məktəbi - 8” layihəsi çərçivəsində təlimlər davam etdirilir

post-img

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə həyata keçirilən “Miqrasiya Məktəbi – 8” layihəsi çərçivəsində növbəti təlimlər davam etdirilir.

XQ xəbər verir ki, təlim zamanı Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Gürcüstandakı Nümayəndəliyinin, həmçinin regionda koordinasiya funksiyalarına malik ölkə ofisinin rəhbəri Lars Yohan Lönnbak “Miqrasiyanın idarə olunmasında beynəlxalq təşkilatların rolu” mövzusunda çıxış edib.

Bundan əlavə, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən “Readmissiya və reinteqrasiya”, “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənməsi” və “Qanunsuz miqrasiya və ona qarşı mübarizə” mövzularında interaktiv şəkildə təlimlər keçirilib.

Qeyd edək ki, proqram çərçivəsində iştirakçılar Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Təlimi uğurla başa vuran iştirakçılara sonda sertifikatlar təqdim ediləcək.









Sosial həyat