Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.
Bu tədbirlər Laçın rayonuna köçürülmüş şəxsləri də əhatə edir. Həmin sakinlərdən artıq 1150 nəfər məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan:
Nazirlikdən bildirilib ki, 1104 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 66 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 46 nəfər isə peşə kurslarına cəlb olunub.
Laçına köçürülmüş daha bir qrup sakinin də məşğulluğuna dəstək işləri aparılır.