YAP Gəncə şəhər təşkilatı Novruz bayramı münasibətilə 100 aztəminatlı ailəyə baş çəkərək onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatı aparmış, təbrik etmişdir.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyir ki, qayğıya ehtiyacı olan şəxslərə kömək göstərilməsi baxımından əhəmiyyətli olan bu qəbildən aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq, insanlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi bəxş etmək məqsədi daşıyıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.