Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək

post-img

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 14-də Ağdaş rayonunda Ağdaş və Yevlax rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, vətəndaşlar martın 5-7-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.

Sosial həyat