Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan peşə hazırlığı kursları davam edir.
İşğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən artıq 400 müdavim tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kursları başa vurub.
Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə verilən tikiş fabrikində işlə təminatı həyata keçirilir.
Hazırda daha 29 şəxsin “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə tədrisi davam etdirilir və yaxın günlərdə daha bir qrup şəxs üçün peşə kursuna başlanması da planlaşdırılır.