Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikası-100” adlı mövzu biblioqrafik göstəricisini hazırlayıb.
Bu göstərici, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən, AMEA Rəyasət Heyətinin Tədbirlər Planına uyğun olaraq tərtib edilib. Vəsait Muxtar Respublikanın tarixi, ədəbiyyatı, coğrafiyası, iqtisadiyyatı, kənd təsərrüfatı və digər sahələri ilə bağlı mənbələri özündə birləşdirir.
Biblioqrafik göstəricinin elmi məsləhətçisi və Ön sözünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Kitabxana işləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva, Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva, tərtibçiləri Elmi Biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, şöbənin əməkdaşları Afət Məmmədova və Rəna Cavadovadır.
Biblioqrafik göstərici regionşünaslar, alimlər, mütəxəssislər və ali məktəb tələbələri üçün nəzərdə tutulub.
XQ