Mədəaltı vəzin dərmansız müalicəsi

post-img

Mədəaltı vəz, adından göründüyü kimi, mədənin altında yerləşən və çəkisi 100 qram olmağına baxmayaraq, çox böyük bir işin öhdəsindən gələn orqandır. Vəz yağ, zülal və karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.

Mədəaltı vəzin iltihabının – pankreatitin müalicəsi öd və öd yollarının təmizlənməsindən başlanır. Bu zaman mədənin alt nahiyəsində şiddətli kəmərvari ağrılar, yeməkdən sonra isə köpmə, ağrı və ürəkbulanma əmələ gəlir. Temperatur artır, çəki itkisi və təzyiqin düşməsi müşahidə olunur.

Mədəaltı vəzin iltihabının qarşısını alan çoxlu dərman bitkiləri var. Fitoterapevt Füzuli Hüseynovun fikrincə, müalicə üçün tərkibi təbii nişasta ilə zəngin olan atpıtrağı, udi-hindi, andız və zəncirotu kökləri faydalıdır. Hər birindən 100 qram olmaqla 2 xörək qaşığı qarışıq 3 stəkan suda dəmlənir. Sonra süzülüb, termosa tökülür. Məlhəm gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan içilir.

Boymadərən otu, gülümbahar çiçəyi və solmazçiçəyinin hərəsindən 1 orta qaşıq götürülüb 3 stəkan suda dəmlənir, gündə 3 dəfə yeməkdən 50 dəqiqə əvvəl 1 stəkan içilir. Bundan başqa, 3 ədəd qoz ləpəsi əl ilə xırdalanır, 1 xörək qaşığı yulaf toxumu ilə 200 qram suda 20 dəqiqə dəmlənir və gündə 3 dəfə acqarına içilir.

Yaxşı olar ki, mədəaltı vəzində iltihab olanlar qara çay yox, yaşıl çaya hər dəfə bir çimdik zəncəfil tozu qarışdırıb içsinlər. Çiy su daha çox içilməli, yağlı və qızardılmış yeməklər süfrədən çıxarılmalıdır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat