Özbəkistan universitetlərində Ulu Öndər haqqında açıq dərs keçirilib

post-img

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin bir qrup tələbəsinə və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin nəzdində təşkil olunmuş “Azərbaycan dili” kursunda təhsil alan gənclərə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirilib. 

Bu ali məktəblərdə Azərbaycan dilini tədris edən pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva tələbələrə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Heydər Əliyevin bu xidmətləri unudulmur və hər zaman böyük minnətdarlıq hissi ilə anılır, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır.  Heydər Əliyevin xatirəsi daima qəlblərdə yaşayacaq. 

Tələbələrə “Heydər Əliyev və Azərbaycan” adlı videoçarx da təqdim olunub.  

Dərsdən sonra tələbələr Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsinin önünə gül dəstələri düzüb,  xatirəsini ehtiramla yad ediblər.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd







Sosial həyat