Azərbaycan torpağı zəngin tariximizin müxtəlif dövrlərində dünyaya xalqımızın yaddaşında əbədi yaşayacaq bir çox unikal şəxsiyyətlər bəxş etmişdir. Əsrlər boyu dövlətimizin müxtəlif transformasiyalarına baxmayaraq, Azərbaycan keçmiş çətinlikləri şərəf və qürurla dəf edərək, bu gün yeni zirvələrə gedən yolda çiçəklənmə və tərəqqi dövrünü yaşayır. Tarix bu hadisələri və ayrı-ayrı şəxslərin bu hadisələrdəki rollarını müxtəlif yollarla əlaqələndirə bilər. Amma təkzibolunmaz fakt ondan ibarətdir ki, müasir, müstəqil və suveren Azərbaycanın əsaslarını ötən əsrin 60-cı illərindən başlayaraq qoyan və 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə möhkəmləndirən, məhz Ümummilli lider Heydər Əliyev olmuşdur. Bu gün ölkəmiz, cənab İlham Əliyevin rəhbərliyi ilə, müasir dünyanın nəinki ciddi aktorudur, həm də qədim və zəngin tarixi və mədəniyyəti ilə dünyanın əhəmiyyətini tamamlayan müasir, müstəqil Azərbaycanın dövlətidir.
Ulu öndər Heydər Əliyevin bütün həyatı bütünlüklə Vətənə, Azərbaycan xalqına həsr olunub. Hələ SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində, ölkəmiz Sovet İttifaqının 15 respublikası arasında lider olmuş və təkcə əlifba sırası ilə deyil, bir çox digər göstəricilərə görə də birinci olmuşdur. Ulu öndərin yüksək intellektin, insanpərvərliyin, dahiliyin və müxtəlif peşə sahiblərinə heyrətamiz diqqətin nümunəsidir. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan xalqı və dövlətçiliyi qarşısında əvəzsiz xidmətləri var. İlk öncə müstəqil və qüdrətli Azərbaycan dövlətinin banisi olan Ülu Öndər, hər zaman Vətənin gələcəyini, onun müstəqilliyini düşünürdü. Dahi Lider mədəniyyət sahəsinə lazımı diqqət göstərir, yaradıcı insanlara xüsusi qayğı ilə yanaşır, yaradıcı ziyalıların nümayəndələri ilə daim görüşürdü. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə maraq artmış, ziyalıların qabaqcıl dairələrində özünüdərk yüksəlişi müşahidə olunurdu. Bütün xalqın milli-mənəvi həyatında dirçəliş başlandı. Təkzibolunmaz tarixi faktdır ki, sovet dövründə - Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, Azərbaycanın görkəmli yaradıcı xadimlərinin böyük bir qrupu - şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız və sənətşünaslarımız ilk dəfə olaraq " Sosialist Əməyi Qəhrəmanı " fəxri adı ilə təltif ediliblər. Ulu öndər Heydər Əliyev daim xalqın yanında olmuş, görkəmli ədəbiyyat, incəsənət, elm, təhsil xadimləri ilə fəxr edir, xalqın, bütün dünyanın onlardan xəbər tutması üçün hər şeyi etməyi özünə şərəfli borc bilirdi. Bu, onun əsas ideyalarından biri idi.
Qloballaşma şəraitində ayrı-ayrı ölkələrdə gənclik mədəniyyətlərinin formalaşması obyektiv olaraq, qlobal proseslərin təsiri altında baş verir. Bu tendensiya uzun illərdir ki, özünü göstərir. Ölkəmizdə, ənənəvi həyat tərzi çərçivəsində cəmiyyət, bir qayda olaraq, tədricən və əsasən yaşlı nəsillərin təcrübəsinə arxalanaraq inkişaf edir. Müasir cəmiyyətin və dövlətin əsas vəzifələrindən biri – ahıl nəslinin təcrübəsini cəmiyyətimizin gənc üzvlərinin qətiyyəti və fəallığı ilə məharətlə birləşdirməkdir. Yeni dünyanın necə olacağı gənclikdən, gəncliyin necə olacağı isə yaşlı nəsildən asılıdır. Müasir Azərbaycanda gənclər siyasətinin əsasının qoyuluşu, onun formalaşması və inkişaf mexanizmlərinin milli-mənəvi dəyərlərə xidmət etməsinin təminatı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyev tarixi şəxsiyyət olaraq, Azərbaycan gəncliyinini cəmiyyətimizin və bütövlükdə ölkəmizin müstəqilliyinin əbədi sərvətinə çevirdi.
Müasir tariximizə nəzər salsaq, 1993-cü ildə Ulu öndər Heydər Əliyev Müasir Azərbaycanın Prezidenti seçildikdən sonra, onun çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri də, gənc nəsilə diqqətin artırılması, yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, gənclərin Respublikamızın sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakını təmin edilməsi, gənclərin sosial - mənəvi tələbatlarının ödənilməsi, onların layiqli vətəndaş kimi formalaşması və inkişafı üçün əlverişli şəraitin yaradılması olmuşdur.
Bu istiqamətdə kifayyət qədər çox işlər görülmüş, ölkənin o vaxtıkı ağır dövündə, heç də asan olmayan iradə və məhsuliyyət göstərilimişdir. Azərbaycanın müasir gənclər siyasətinin əsası 1994-2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qanunvericilik aktlarında, fərmanlarda, dövlət proqramlarında və müxtəlif hüquqi aktlarda təsbit edilmişdir. Gənclərin dövlətin və cəmiyyətin bütün sahələrində iştirakını, inkişafın başlıca amili hesab edən dahi Lider, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyini yaratdı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu gücləndirmək, ölkənin inkişafında gənclərin iştirakını və məsuliyyətini genişləndirmək, gənclərlə dövlət strukturları arasında açıq dialoqu sadələşdirmək məqsədilə, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirildi. Respublikanın bütün bölgələrindən olan gənclərin nümayəndələrinin iştirak etdiyi forumda dövlət orqanlarının, gənclər təşkilatlarının qarşısında duran konkret vəzifələrdən danışılıb, gənclərin hərtərəfli inkişafı üçün səmərəli tədbirlər nəzərdə tutulmuşdur. Ümummilli lider Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Fərmanına əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi təntənəli şəkildə qeyd olunur. Qeyd edək ki, MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Gənclər Günü Azərbaycanda qeyd olunmağa başlayıb və yalnız 1999-cu ildə BMT-nin qərarı ilə hazırda 12 avqustda qeyd olunan Ümumdünya Gənclər Günü elan edilib. 1999-cu il martın 2-3-də keçirilən Azərbaycan Gənclərinin II Forumunda Ulu öndər Heydər Əliyev bütün dövlət orqanlarına gənclərin bilik və bacarıqlarını reallaşdırmaq, müstəqil dövlət quruculuğu prosesində potensiallarından daha səmərəli istifadə etmək üçün, onlara şərait yaradılması ilə bağlı tövsiyələrini vermişdir. Sonrakı illərdə ölkədə gənclər siyasətinin hüquqi bazası daha da təkmilləşdirilmiş, Azərbycan gəncliyinə verilən dəyər daha möhkəmlənmişdir.
Masil Dəmirov,
Beynəlxalq münasibətlər üzrə analitik