Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Qərb bölgəsində də Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Şəmkir, Göygöl, Samux, Naftalan, Daşkəsən və Gədəbəydə görkəmli dövlət xadiminin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb, dahi liderin xatirəsi ehtiramla anılıb.