Qanunsuz silah-sursatlar götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Noyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 5 ədəd müxtəlif markalı tüfəng aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

 

Sosial həyat