Kikboksinq idman növü üzrə Bakı şəhərində keçirilən 28-ci Azərbaycan Çempionatı və Birinciliyində Əməkdar məşqçi,Beynəlxalq dərəcəli hakim, Region hakimlər komitəsinin sədri Anar Məmmədovun rəhbərliyi altında “Sensey" İdman klubunun idmançıları iki qızıl, 3 gümüş və 7 bürünc medal qazanaraq Azərbaycan Çempionatında komanda hesabında üçüncü yerə layiq görülüblər.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi İntiqam Hüseynov mükafat almış idmançıları və məşqçiləri təltif edib və gələcək yarışlarda onlara uğurlar arzulayıb.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Gəncə.