Soyadını doğruldan əsgər

post-img

Əsgər Sənan Qəhrəmanov Qubanın Xucbala kəndindən idi. Onun tərcümeyi-halında “19” rəqəminə neçə dəfə rast gəlinir: 2004-cü il iyulun 19-da dünyaya göz açıb. 2022-ci il iyilun 19-da müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2023-cü il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirlərində iştirak edib. Şəhadətə ucalanda da Sənanın cəmi 19 yaşı olub.

Daim öz soyadını doğrultmağa çalı­şan Azərbaycan ordusunun sıravi əsgəri Sənan Qəhrəmanov qorxmaz, ər igid kimi tanınıb. Ən çətin tapşırıqların öhdəsindən bacarıqla gəlib. Elə həyatını da növbəti tapşırığı layiqincə yerinə yetirib qurtardığı anda itirib. 

Qəhrəman şəhid Quba rayonunda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyü­nün təmin edilməsi uğrunda döyüş əməliy­yatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı və­zifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Sənan Qəhrəmanov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 

Etnotoponim kimi özündə qıpçaqla­rın “kuç” tayfa adını ehtiva edən Xucbala kəndinin dağlara qalxan yol kənarına yaxın hissəsindəki qəbiristanlıqda üstündən tər güllər əskik olmayan bir məzar var. Bu, güclü tayfa birliyi kimi məşhurlaşmış qıp­çaqlar nəslinin igid davamçısı Sənan Qəh­rəmanovun uyuduğu məkandır.

Sosial həyat