Alimlərmiz İzmir ekoloji konfransında

post-img

Türkiyənin İzmir şəhərində “Avrasiyanın biomüxtəlifliyinin qorunması” mövzusunda II beynəlxalq  konfrans keçirilib. Türkiyənin Egey, Özbəkistanın Əndican və Bakı Dövlət universitetlərinin birgə təşkil etdiyi məclis Avrasiya məkanında ətraf mühitə mənfi təsirlər nəticəsində insan həyatı üçün problem yaradan ekoloji  məsələlərə və onların həlli ilə bağlı qlobal hədəflərə həsr edilib. 

Müzakirələrdə Türk dövlətləri alimlərinin vahid platformada sağlam gələcək naminə tərəfdaşlıq və birgə faydalı fəaliyyətinin nümunələri diqqət mərkəzində olub. Konfransda ölkəmizin ali təhsil və elmi tədqiqat müəssisələrinin  bioloqları əyani və ya onlayn formada məruzələrlə çıxış ediblər. 

Elm və Təhsil Nazirliyinin Gəncə Nəbatat Bağının bitki ehtiyatı şöbəsinin müdiri, professor  Aynur Bayramova və  biomühəndislik, biotexnologiya və geobotanika şöbəsinin müdiri  Ramidə Quliyevanın “Qarabağın bioloji müxtəlifliyi və müasir perspektivləri” mövzusundakı məruzə beynəlxalq məclisdə böyük maraqla qarşılanıb.

Azərbaycan alimlərinin 70 məruzəsi konfransın materialları toplusuna daxil edilib.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri, 

Gəncə

 

Sosial həyat