Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid övladları üçün “Təhsil” adlı yay düşərgəsi keçirilir.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə ölkənin müxtəlif şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 45 məktəbli iştirak edir. Düşərgə 19–25 avqust tarixlərini əhatə edir.
Düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorina, konsert və digər əyləncəli proqramlar təşkil olunur.
Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır.
XQ