Şokolad: həm fayda, həm dad

post-img

Beyin fəaliyyətinə müsbət təsir edən, yaddaşı və diqqəti yaxşılaşdıran dadlı məhsul var. O, həm də ürək xəstəliyinin inkişaf riskini azaldır. Bu, insana xoş əhvali-ruhiyyə bəxş edən şokoladdır! 

Şokoladın tərkibində sink, maqnezium, fosfor, dəmir, həmçinin həzm prosesini əhə­miyyətli dərəcədə sürətləndirən liflər var. Bu da qan dövranını da yaxşılaşdırır. Tərkibin­dəki maddələr ürək xəstəliklərinin inkişaf ris­kini azaldır. Həkimlər hesab edirlər ki, şəkər xəstəliyinin qarşısını almaq üçün şokolad yemək lazımdır.

Bundan əlavə, bu ləzzətdən istifadə edərkən xoşbəxtlik hormonu istehsal olunur. Şokolad əhvalınızı yüksəldə və depressiya­dan xilas edə bilər. O, həm də enerji verir.

XQ

Sosial həyat