Ekologiya və Təbii Sərvətlər Nazirliyii Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 21-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-26° , gündüz 31-36° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° , gündüz 32-37°, dağlarda gecə 13-18°, gündüz 19-24° isti olacaq.
Q.QASIMOV
XQ