İspaniyanın "Barselona" klubunun futbolçusu İlkay Gündoğan karyerasını yenidən “Mançester siti”də davam etdirə bilər. Bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçinin komandaya qayıtmasına razılıq verib. Artıq tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib. Gündoğanı Səudiyyə Ərəbistanı və Qətər təmsilçiləri də heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, İlkay Gündoğan 2016-2023-cü illərdə “Mançester siti”nin formasını geyinib.
PÜNHAN
XQ