Türkiyənin "Qalatasaray" klubu İsveçrədə "Yanq Boyz"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa itki ilə çıxacaq. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Barış Alper Yılmaz sözügedən matçda komandasına kömək edə bilməyəcək. Ürəkbulanma, qusma və qida zəhərlənməsi aşkarlanan 24 yaşlı vinger səfərə yollana bilməyib.
Qeyd edək ki, bu gün təşkil olunacaq "Yanq Boyz" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab matçı bir həftə sonra reallaşacaq.
PÜNHAN
XQ