Türkiyənin Muğla vilayətinin Bodrum rayonu sahillərində 50 qeyri-qanuni miqrant xilas edilib. Məlumatı “Anadolu” verib.
Türkiyə Sahil Mühafizəsinin məlumatına görə, mühərrik nasazlığı səbəbindən iki rezin qayıq dənizdə qalıb. Təhlükə siqnalı aldıqdan sonra Türkiyə Sahil Mühafizəsinin katerləri aralarında uşaqların da olduğu 49 nəfəri sahilə çıxarıb.
Türkiyə Sahil Mühafizəsi, həm də Yunanıstan sahillərinə üzmək istəyən taqətdən düşmüş qanunsuz miqrantı xilas edib.
Miqrantlara ilkin tibbi yardım göstərilib və onlar müvafiq prosedurlardan sonra Miqrasiya İdarəsinə aparılıblar.
P.ƏMİRCANOV
XQ