Bakı Apellyasiya Məhkəməsində ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının nümayəndəsi ilə görüş keçirilib

post-img

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndəsi – həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə Bakı Apellyasiya Məhkəməsində görüş keçirilib.

Bakı Apellyasiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə seçki mübahisələrinin məhkəmə qaydasında həlli, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Həmçinin qonağı maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Sosial həyat