Tailandın Konstitusiya Məhkəməsi Baş nazir Setthi Thavisini etik normaların kobud şəkildə pozulmasında təqsirli bilib və onun vəzifəsindən kənarlaşdırılmasının lehinə səs verib.
“Bangkok Post”a istinadla xəbər verir ki, Thavisin 2024-cü ilin yazında hakimə 2 milyon Tailand bahtı (təxminən 55 min dollar) məbləğində rüşvət verməkdə ittiham olunan keçmiş məhbus Piçit Çınbanı Baş nazirin dəftərxana rəisi təyin edib. Bu kadr qərarı böyük qalmaqal yaradıb və Çınban təyinatdan cəmi bir neçə həftə sonra istefa verməyə məcbur olub.
Baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq hökumət başçısının müavini Pumtam Veçayaçay icra edəcək.