Kök – azar-bezarı tök!

post-img

Pediatrlar kök şirəsini uşaqla­ra boy artmasına kömək məqsədilə məsləhət görüblər. Son illərin araşdır­maları ilə bu tərəvəzin daha çox xeyirli olduğu aşkarlanıb. Rusiyalı mütəxəs­sislər kökün tərkibindəki vitaminlər hesabına şirəsinin orqanizmə bir çox faydasını açıqlayıblar. Bildiriblər ki, kök şirəsi: 

1. Fiziki yorğunluqdan sonra yaranan əzələ agrılarını aradan qaldırır. 

2. Ağciyərlərin fəaliyyətini gücləndirir. 

3. Ürək tutmalarının profilaktikasında xeyirlidir. 

4. İnsanın immun sistemini gücləndi­rir. 

5. Qaraciyər, böyrək və mədəaltı vəz xəstəliklərində profilaktika məqsədilə tə­yin edilir. 

6. Xərçəng hüceyrələrinin inkişafını ləngidir və sişin böyüməsinin qarşısını alır. 

7. Görmə qabiliyyətini yaxşılaşdırır. 

8. Çəki atmaq məqsədilə istifadəsi özünü doğruldur. 

9. Yüksək qan təzyiqini aşağı salır. 

10. Mədə - bağırsağın fəaliyyətinə kömək edir və qəbizliyi aradan qaldırır. 

Z.HÜSEYNLİ
XQ

Sosial həyat