Seçkidə Bayden yox, başqası...

post-img

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, Demokratlar Partiyası prezident seçkilərinə ölkənin hazırkı lideri Cozef Baydenin əvəzinə, başqa namizədlə getməlidir.

Bu barədə məlumat “Morning Con­sult” tərəfindən aparılan və Axios portalı tərəfindən dərc olunan sorğunun nəti­cələrində yer alıb.

Məlumata görə, sorğuda iştirak edən seçicilərin 60 faizi Cozef Baydenin de­batlarda zəif çıxışından sonra demokra­tik düşərgədən prezidentliyə namizədin mütləq dəyişdirilməli olduğunu düşünür. Respondentlərin 45 faizi isə hazırkı döv­lət başçısını yenidən ABŞ-ın prezidenti kimi görmək istəyir. Eyni zamanda rəyi soruşulan amerikalıların 44 faizi respub­likaçı Donald Trampı dəstəkləyib. Həmçi­nin sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendən daha yaxşı çıxış et­diyini deyib.

Sorğuda Birləşmiş Ştatların təxminən iki minə yaxın sakini iştirak edib.

Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixin­də ilk dəfə hazırkı və sabiq prezidentlər arasında seçkiöncəsi televiziya debatı keçirilib. CNN teleradio kompaniyasının apardığı sorğuya əsasən debatı izləyən amerikalıların üçdə ikisi üstünlüyün Do­nald Trampda olduğunu söyləyib.

XQ

Dünya