Avropadan Misirə 1 milyard avro

post-img

Brüssel ölkənin iqtisadi islahatlarını dəstəkləmək üçün Qahirəyə bir milyard avro ayırıb.

TASS xəbər verir ki, bu barədə Avro­pa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qahirədə Misir–Avropa İttifaqı in­vestisiya forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz mart ayında Misirlə 7,4 milyard avro məbləğində yardım müqaviləsi im­zaladıq. Bu gün ölkədə aparılan iqtisadi islahatlara dəstək məqsədilə vəd edilmiş məbləğin bir milyardını Qahirəyə ayırırıq”, – o bildirib.

XQ

Dünya