İranda keçirilən prezident seçkilərində bütün səsvermə bülletenlərinin emalı yekunlaşıb.
İran mediası xəbər verir ki, nəticələrə əsasən birinci turda islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili öndədir. Namizədlərin heç biri 50 faizdən çox səs toplamadığından Pezeşkian və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda mübarizə aparacaqlar.
Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin IRIB telekanalında verdiyi məlumata görə, 58,6 min seçki məntəqəsinin hamısında 24,5 milyon səs hesablanıb. Pezeşkian 10,4 milyon, Cəlili isə 9,5 milyon səs toplayıb.
XQ