ATƏT PA Roberto Montellanı əvəzləmədi

post-img

Roberto Montella yenidən ATƏT Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilib.

“Reuters” bu barədə ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

R.Montellin yeni mandatı 2026-cı il yanvarın 1-də başlayacaq və 2030-cu il dekabrın 31-də başa çatacaq.

Baş Katib assambleyanın işlərinə rəhbərlik etmək, katibliyin səmərəliliyini təmin etmək və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək, bü­ronun, daimi komitənin və assambleya­nın qərarlarının yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşıyır.

Xatırladaq ki, R.Montella ilk dəfə bu postu 2016-cı ilin yanvarında tutub.

XQ

Dünya