Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) inzibati binasında qanvermə aksiyası keçirilib.
ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) həkim-hemotoloqlarının iştirakı ilə ANAMA-da 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Agentlik əməkdaşları yüksək həvəslə və könüllü şəkildə aksiyaya qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, sonra qan veriblər.
Qeyd edək ki, yığılan qan Mərkəzi Qan Bankına təhvil veriləcək və ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.