“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyənin keçmiş ekologiya naziri Ali Talip Özdemirlə görüşüb.
Görüşdə baş redaktor jurnalın Redaksiya Şurasının qərarı ilə Türkiyənin keçmiş ekologiya naziri Ali Talip Özdemirin “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyini və Azərbaycan və Türkiyə ikitərəfli əlaqələrinin inkişafına, tərəqqisinə və əzəmətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə “Azərbaycanın dostu” Qızıl Ordeni ilə təltif olunduğunu bildirib.
Sonra Emil Nəsirli Redaksiya Şurasının Fəxri üzvlük sertifikatını və “Azərbaycanın Dostu” Qızıl Ordenini Türkiyənin keçmiş ekologiya naziri Ali Talip Özdemirə təqdim edib.
Baş redaktor dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib. O vurğulayıb ki, istər xalqlarımız arasındakı ortaq dəyərlərə əsaslanan əlaqələr, istərsə də ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir, təqdirəlayiq hal kimi qiymətləndirilir
Emil Nəsirli bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dərin tarixi köklərə söykənir. Bu iki ölkəni ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə söykənən mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir. Bu iki qardaş dövlətin siyasi rəhbərliyinin ölkələrarası dostluq və qardaşlığa sadiqliyinin, ortaq milli maraqlara xidmət edən ardıcıl siyasi xəttinin nəticəsi olaraq, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Emil Nəsirli onu da vurğulayıb ki, son illər dünyada, o cümlədən bölgəmizdə baş verən proseslər, belə demək mümkünsə, hər iki ölkə üçün sınaq oldu. Türk dünyasının birliyini istəməyən, bununla da Azərbaycan-Türkiyə qardaşlığı kimi dünyaya örnək ola biləcək münasibətləri pozmağa çalışan qüvvələr hər vəchlə dövlətlərimiz arasında nifaq yaratmağa cəhd göstərdilər. Amma hər iki xalqın birliyi və həmrəyliyi həmin qüvvələrin niyyətlərini puç etdi. Nəticə etibarilə, bu gün Azərbaycan və Türkiyə dostluğu özünün təntənəsini yaşayır.
Görüşdə Emil Nəsirli onu da əlavəedib ki, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birilərinə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər.
“Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayır. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir”, - deyə baş redaktor qeyd edib.
Türkiyənin keçmiş ekologiya naziri Ali Talip Özdemir öz növbəsində “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının Fəxri üzvü seçildiyinə və “Azərbaycanın Dostu” Qızıl Ordeninə layiq görüldüyünə görə jurnalın Redaksiya Şurasının üzvlərinə təşəkkürünü bildirib.
Ali Talip Özdemir vurğulayıb ki, bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. İki qardaş ölkənin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Sarsılmaz birliyə söykənən dostluq və əməkdaşlıq prinsipləri möhkəm təməllərə əsaslanır. O, bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Tarixi Şuşa Bəyannaməsi ilə ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri rəsmən təsdiqlənib. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. “Hazırkı münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır. “Bu gün müstəqil dövlətlər olaraq münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə söykənir”. - deyə Ali Talip Özdemir bildirib.
Görüşdə Türkiyənin keçmiş ekologiya naziri Ali Talip Özdemir “Azərbaycanım” beynəlxalq jurnalının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib.
Türkiyənin keçmiş ekologiya naziri Ali Talip Özdemir “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb
- Sosial həyat
- 18:30 25.06.2024
- Oxunma sayı: 408
Açar sözlər:
Paylaş:
MEK-də füzulişünas alimlərlə növbəti görüş keçirilib
16:08 25.06.2024Sosial həyat
“Şəmkir qülləsi”nin sorağında...
00:28 23.11.2024Üzüm və əlavə 5 il ömür
00:26 23.11.2024Sümükdən yaranan zəriflik
00:25 23.11.2024İlk azərbaycanlı konfutsiçi
00:20 23.11.2024Aliment cəzadır, yoxsa çıxış yolu?
00:18 23.11.2024Bakıdan sonra Danimarkada...
00:16 23.11.2024Arzulardan boy atan şəhər
00:12 23.11.2024Azərbaycan mediasının COP29 sınağı
00:00 23.11.2024Əmək bazarına ədalətli keçid
23:24 22.11.2024-
- 00:28 23.11.2024
-
- 00:26 23.11.2024
-
- 00:25 23.11.2024
-
- 00:24 23.11.2024
-
- 00:23 23.11.2024
-
- 00:20 23.11.2024
-
- 00:20 23.11.2024
-
- 00:18 23.11.2024
-
- 00:16 23.11.2024
-
- 00:12 23.11.2024
-
- 00:09 23.11.2024
-
- 00:08 23.11.2024
-
- 00:08 23.11.2024
-
- 00:07 23.11.2024
-
- 00:06 23.11.2024
-
- 00:05 23.11.2024
-
- 00:05 23.11.2024
-
- 00:02 23.11.2024
-
- 00:00 23.11.2024
-
- 23:57 22.11.2024
-
- 23:56 22.11.2024
-
- 23:55 22.11.2024
-
- 23:54 22.11.2024
-
- 23:52 22.11.2024
-
- 23:51 22.11.2024
-
- 23:50 22.11.2024
-
- 23:48 22.11.2024
-
- 23:47 22.11.2024
-
- 23:47 22.11.2024
-
- 23:46 22.11.2024
-
- 23:45 22.11.2024
-
- 23:45 22.11.2024
-
- 23:43 22.11.2024
-
- 23:40 22.11.2024
-
- 23:39 22.11.2024
-
- 23:38 22.11.2024
-
- 23:38 22.11.2024
-
- 23:37 22.11.2024
-
- 23:36 22.11.2024
-
- 23:34 22.11.2024