Silahlar təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti yayıb. 

İyunun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 4 patron darağı təhvil götürüblər. 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 11-də əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat