İyunun 11-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib.
Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ