Balakən rayonunda qanvermə aksiyası keçirilib. Balakən Rayon Mərkəzi Xəstəxanasından aldığımız məlumatda deyilir ki, aksiyada 68 könüllü qan verib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadasının keçirdiyi aksiyanın məqsədi talassemiya və hemofiliyalı xəstəliklərdən əziyyət çəkən insanlara kömək göstərmək, onlara dəstək olmaqdır.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sakinlər fəal iştirak ediblər. Əvvəlcə hər bir donorun sağlamlığı yoxlanılıb, səhhəti imkan verən şəxslərdən qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
XQ