Samuxda ərik festivalı

post-img

İyunun 8-də Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ilk dəfə ərik festivalı keçiriləcək. Bu barədə xəbərdə bildirilir ki, rayon ərazisində 2333 hektar meyvə bağları var ki, bunun 15,5 faizi ərik bağlarıdır. 

Rayonda ərik bağlarının 28,3 hektarı fermerlərin, 333,4 hektarı isə həyətyanı təsərrüfatların payına dü­şür. Bar verən 200,3 hektar ərik bağları var. Ötən il bu bağlardan 1301,9 ton məhsul yığılıb. Məhsuldarlıq hər hektardan 6,5 ton olub.

AYTƏN
XQ

Sosial həyat