Naxçıvanda ilk dəfə Sığorta festivalı təşkil olunacaq.
Bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O qeyd edib ki, bu il sentyabr ayında Naxçıvanda sığorta maarifləndirilməsi sahəsində geniş layihəyə başlanılacaq: “İlk dəfə Naxçıvanda Sığorta festivalı təşkil olunacaq. Həm Naxçıvan mediasında, həm ənənəvi kütləvi informasiya vasitələrində, həm də sosial mediada sığorta sahəsində intensiv maarifləndirmə tədbirləri həyata keçiriləcək”.