Ermənistanla Azərbaycan arasında danışıqlar mühitində xeyli irəliləyiş var, lakin bu, bütün məsələlərin həll olunduğu anlamına gəlmir. Bu barədə mayın 29-da Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
Onun sözlərinə görə, Bakıdan Azərbaycan tərəfinin Alma-Atı Bəyannaməsinə və əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalması barədə ən yüksək səviyyədə bəyanatlar verilib. “Deyə bilərəm ki, Ermənistan və Azərbaycan arasında danışıqlar mühitində əhəmiyyətli irəliləyiş var, lakin bu, bütün məsələlərin həll olunduğu anlamına gəlmir”, - Paşinyan brifinqdə deyib.
Bundan əlavə, Ermənistanın baş naziri sülh sazişinin tezliklə imzalanmasına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hər gün “onu imzalamaq üçün əla fürsətdir. Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır”.
P.ƏMİRCANOV
XQ