Sosial məmnunluğun ünvanları

post-img

Ölkəmizdə sosial sahəyə göstərilən diqqət və qayğı, ayrılan vəsait görülən işlərin, reallaşdırılan proqramların və layihələrin uğurla nəticələnməsinə imkan yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, bu ilin ilk 3 ayında qurumun müxtəlif sahələrində əldə edilən nəticələr məmnunluq yaradır. 

Yeni iş yerləri

İslahatlar, müqavilələrin çoxalması əməkhaqqı fondunda da davamlı artım­la nəticələnib. Son 3 ayda fondda daha 2,9 faiz artım qeydə alınıb. Buna sə­bəb 2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin 1,7 faiz artaraq 1 milyon 839 mini ötməsidir. 2018–2023-cü illərdə əmək müqavilələrinin sayın­da 38 faiz, əməkhaqqı fondunda isə 2,7 dəfə artım baş verib.

Yanvar–mart aylarında Dövlət Tib­bi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də ehtiyacı olanlara yetərin­cə xidmət göstərib. Yaşayış yerini tərk etməkdə çətinlik çəkən 500-dək əlilliyi olan şəxsə evlərində 1220 səyyar rea­bilitasiya xidməti göstərilib.

Həmin səyyar xidmətlərdən yarar­lanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, eləcə də DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-So­sial Ekspert Komissiyasına müraciət edir. Bundan sonra müraciətə əsasən, agentliyin müvafiq reabilitasiya mərkə­zinin həkim və psixoloqlarından ibarət səyyar briqada əlilliyi olan şəxsin ya­şadığı ünvana gedərək, onun ilkin müayinə və qiymətləndirməsini aparır. Sonra əlilliyi olan şəxslə bağlı fərdi plan tərtib olunaraq bu plan əsasında ona müəyyən olunmuş müddət ərzində hə­kim və psixoloq müayinəsi, loqoped se­ansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası və s. üzrə reabilitasiya xidmətləri göstərilir.

Agentlik bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28 min 900 reabilitasi­ya vasitəsi verib. Onların 2 min 800-ü təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsə­kaltı ağac, 688-i eşitmə aparatı olub. Əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqa­bı, 23 korset və s. reabilitasiya vasitələ­ri təqdim olunub. Yanvar–mart ayla­rında 4 min 300 nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

Sosial müavinət və təqaüdlər

I rübün sosial göstəricilərindən da­nışanda onu da demək yerinə düşər ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 3 ayında proq­nozla müqayisədə 7 faiz və ya 108 milyon manat çox olmaqla 1 milyard 673 milyon manat təşkil edib. Fondun gəlirləri tərkibində məcburi dövlət sosi­al sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 milyon manat artaraq 1 milyard 318 milyon manat olub. Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 milyard 701 mil­yon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 milyon manat çoxdur.

Bu ilin ötən müddətində 466 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü verilib. Hə­min dövrdə əhaliyə sosial müavinətlər üzrə 267 milyon manat, Prezident təqa­üdləri üzrə 171 milyon manat ödənilib. Cari ilin 3 ayında 39 min, sosial ödə­nişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 609 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən pro­aktiv qaydada həyata keçirilib. 

Məşğulluğa yardım

Dövlət Məşğulluq Agentliyi tərəfin­dən yanvar–mart aylarında fəal məş­ğulluq tədbirləri ilə əhatə olunanların sayı artıb. 98 min 600 nəfər məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 44 min 200 nəfəri münasib işlərlə təmin edilib, 683 şəxs isə kiçik ailə təsərrüfat­larını yaratmaları üçün özünüməşğul­luq proqramına qoşulub.

Qeyd olunan dövrdə agentlik 3 min 400 işsiz şəxs üçün peşə hazırlığı kurs­ları təşkil edib, 50 min 300 şəxsə isə peşəyönümü xidmətlər göstərib.

Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat