Voleybol millimizin qələbəsi

post-img

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına start verilib. Qadın voleybolç ulardan ibarət Azərbaycan milli komandası Faiq Qarayevin rəhbərlik ilə ilk matçda İran millisi ilə üz-üzə gəlib.

Oyun komandamızın qələbəsi ilə başa çatıb. İlk setdə 25:11 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub – 25:16, 26:24. Beləliklə, komandamız ilk görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, voleybolçularımız Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti oyunu noyabrın 6-da Tacikistan yığmasına qarşı olacaq.

Dünən futzal millimiz də A qrupunun I turunda Liviya komandası ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb–5:4.

Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də baş tutacaq. İki həftə sonra–noyabrın 21-də isə yarışlara yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman