Bayram günlərində avtovağzallardan 64 mindən çox sərnişin daşınıb

post-img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərişinə əsasən respublikanın bütün avtovağzal və avtostansiyaları 18-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

AYNA-dan bildirilib ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 150-dən çox avtobus buraxılıb, 240-dan artıq əlavə reys təşkil olunub.

Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində 2416 reys həyata keçirilib, 64 min 296 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də, https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib.

Martın 18-dən 27-nə kimi 13 min 288 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Sosial həyat