Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə rəsmi səfəri nəzərdə tutulur. Səfərin mayın 9-da baş tutacağı gözlənilir. Məlumatı Türkiyə TV-ləri yayıb.
Ərdoğan ilk dəfə ABŞ Prezidenti Co Baydenlə görüşəcək. Məlumata görə, Türkiyə prezidenti Baydenlə beynəlxalq tədbirlər zamanı görüşsə də, bu, Ağ evdə baş tutacaq ilk görüş olacaq.
Liderlərin terrorla mübarizə, Qəzza zolağında son vəziyyət və müdafiə sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəyi gözlənilir.
P.ƏMİRCANOV
XQ