Sosial xəbərlər

post-img

Kimsəsiz uşaqlar ailələrdə böyüsün!

Sosial Xidmətlər Agentliyi daha 3 uşağı himayədar ailələrə verib. Bu­nunla əlaqədar qanunvericiliyə uy­ğun olaraq həmin uşaqları himayəyə götürənlərlə müqavilələr imzalanıb. Bu barədə Əmək və Əhalinin Sosi­al Müdafiəsi Nazirliyindən aldığımız xəbərdə bildirilir.

Qeyd edilir ki, “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dün­yada geniş yayılmış nümunələrindən biridir. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, bəzən valideynləri tərəfindən müəssisəyə yer­ləşdirilmiş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib. 

Beləliklə, himayədar ailələrə verilən uşaqların sayı artıq 8-ə çatıb. Onlardan 1-i oğlan, 7-si qızdır. Həmçinin 4 nəfəri 6 yaşadək olan, 3 nəfəri 7–13 yaş ara­sı, 1 nəfəri 14–18 yaş arasında olan uşaqlardır. Ailələrə verilən 8 uşaqdan 2-si hazırda Bakı şəhərində, 6-sı ra­yonlardakı (Lənkəranda 2, Cəlilabadda 1, Ağcabədidə 1, Biləsuvarda 1, Zaqa­talada 1 ailə) ailələrdə yaşayırlar.

Uşaqları himayəyə götürən ailələr sosial dəstəklə də təmin olunur. Belə ki, onlara himayəyə götürdükləri 6 ya­şadək uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7–13 yaş arası uşağa görə 375 manat (əlil olduqda 415 manat), 14–18 yaş arası uşağa görə 395 manat (əlil­liyi müəyyən edilənə 435 manat) aylıq müavinət, habelə uşaqlara mövsümi geyim alınması üçün hər rübdə hər uşaq ucun 200 manat birdəfəlik müa­vinət verilməsi nəzərdə tutulub. 

476 şəxs məşğulluq hazırlığı keçib

Dövlət Məşğulluq Agentliyi daha 476 nəfəri əmək bazarının tələblə­rinə uyğun peşələr üzrə kurslara cəlb edib. Agentlikdən XQ-yə verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, onlardan 316 nəfəri üçün agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 160 nəfəri üçün isə özəl tədris müəs­sisələrində peşə kursları təşkil olunub. İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Kursu uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.

Hazırda agentlik 175 prioritet is­tiqamət üzrə hazırlıq kursları təşkil edir.

DOST-da peşə təlimləri 

DOST İnklüziv İnkişaf və Yara­dıcılıq Mərkəzində həssas əhali qruplarından olan 173 benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərdə istedad və bacarıqlarını təkmilləşdi­rir.

Mərkəzdə əlillərin və digər həssas qrupların yaradıcı potensialının inkişa­fına dəstək göstərilir. Benefisiarlardan 140 nəfəri əlillər, 12 nəfəri şəhid ailələ­rinin üzvləri, müharibə ilə əlaqədar əlil olanlar və onların ailə üzvləri, 12 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 9 nəfəri aztəminatlı ailələrin üzvləridir. Mərkəzdə bir benefisiar eyni vaxtda bir neçə xidmət istiqaməti üzrə təlim ala bilər. 

İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 180-dən çox, fəaliyyəti müddətində isə 480-dən çox benefisiar müxtəlif istiqamətlər üzrə xidmətlərdən yararlanıb.

Əlillərə bərpa vasitələri çatdırılıb

Əlillərin reabilitasiya vasitələri ilə evlərində təmin edilməsi işləri davam edir. Dövlət Tibbi-Sosial Eks­pertiza və Reabilitasiya Agentliyi bu dəfə Sumqayıt şəhərində yaşayan bir qrup əlili ehtiyac duyduqları re­abilitasiya vasitələri ilə evlərində tə­min edib.

Agentliyin Protez-Ortopedik İsteh­salat və Reabilitasiya Mərkəzi tərə­findən onlara müraciətlərinə əsasən təkərli oturacaq, qoltuqaltı ağac, əsa, dördayaqlı dayaq vasitəsi və s. reabili­tasiya vasitələri təqdim edilib.

Qeyd edək ki, ötən il müxtəlif böl­gələr üzrə 1136 şəxsə 2145 reabilitasi­ya vasitəsi yaşadıqları ünvanlara aparı­laraq əlillərə təqdim edilib.

Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat